QƏLB ŞAİRİNİN MƏHƏBBƏT FƏLSƏFƏSİ


DOI:
https://doi.org/10.5281/zenodo.12742315Anahtar Kelimeler:
Azərbaycan ədəbiyyatı, Füzuli, klassik poeziya, təriqət ədəbiyyatı, sufizm, eşq fəsəfəsiÖzet
Məqalədə “qəlb şairi” (Gibb) kimi tanınan M.Füzulinin məhəbbət fəlsəfəsindən və onun əsas mahiyyətinidən söhbət açılır. Göstərilir ki, sənətkarın həcmcə geniş olan bədii irsinin mühüm bir qismini məhəbbət mövzulu əsərləri təşkil edir. Onun məhəbbət fəlsəfəsi isə özünəməxsus xüsusiyyətlərə malikdir. Bu mövzuda qələmə alınmış əsərləri, əsasən, iki xətt üzrə qruplaşdırmaq olar: dünyəvi məhəbbətə, yəni məcazi eşqə həsr olunmuş nümunələr; İlahi məhəbbətə, yəni həqiqi eşqə dair nümunələr. Şairin məhəbbət fəlsəfəsi daha çox onun qəzəllərində və “Leyli və Məcnun” poemasında öz bədii ifadəsini tapır. Sənətkarın yaradıcılığındakı məhəbbət mövzulu poeziya nümunələrinin çoxu öz qaynağını sufizm təriqətinin “vəhdəti-vücud” fəlsəfəsindən alır. Başqa sözlə, ilahi eşqə söykənir. Füzuliyə görə əsl məhəbbət ilahi varlığa olan məhəbbətdir. İnsan maddi aləmdəki varlıqları, o cümlədən də öz həmcinsi olan insanı ilahi aləmin, yəni vəhdət aləminin bir zərrəsi kimi sevməlidir. Şairin inancına görə maddi aləmdəki bütün varlıqlar, o cümlədən inasan ilahi aləmdən ayrılımış və maddi aləmə düşmüş bir zərrədir. İnsan ruhuna Tanrı tərəfindən vücud sevgisi verildiyi üçün lazım olan məqamda o, ilahi aləmdən ayrılıb yaşadığımız dünyaya enir və cismlə, maddi bədənlə birləşir, surət, şəkil alır. Ancaq bü dünya onun üçün əzab, məşəqqət diyarına, “ayrılıq gecəsinə” (“şəbi-hicran”a) çevrilir. Ona görə də yenidən öz əslinə qayıtmaq həvəsi, arzusu və eşqi ilə çırpınır. Yəni insanı yaşadan və ilahi aləmə məxsus olan ruhun varlığında ayrılıb gəldiyi ilkin aləmə qarşı sonsuz məhəbbət hissi yaranır. Ona görə də o, yenidən əbədi olan vəhdət aləminə, xoşbəxtlik diyarına qayıtmaq istəyir. Bir sözlə, Füzuli eşq yolunu (“təriqi-eşq”i) Allaha qovuşmaq istəyində yeganə vasitə kimi dərk və təbliğ edir. Bu məsələ filosof sənətkarın eşq fəlsəfəsinin əsas mahiyyətini təşkil edir. Şairin fəlsəfi yozumunda o da xüsusi olaraq vurğulanır ki, bu ali həqiqəti qəflət əhli, cahillər, nadanlar yox, yalnız ariflər, batini gözü açıq olanlar, kamillər anlaya bilərlər. Məqalədə deyilən bu məsələlər, onun fəlsəfi mahiyyəti şairin yaradıcılığından verilən konkret misallar əsasında şərh edilir
Referanslar
Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı, 1958
Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, 1998
Babayev Y. Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər). Bakı, 2018
Əliyev S. Füzulinin poetikası. Bakı, 1986
Füzuli M. Əsərləri, 5 cilddə (tərtib edəni: Araslı H.), Bakı, a) I c., 1958; b) II c., 1958; c) III c., 1958; ç) IV c., 1961; d) V c., 1985
Füzuli M. Əsərləri, 6 cilddə (tərtib edəni: Araslı H.), I-VI cildlər, Bakı, 2005
Füzuli M. Leyli və Məcnun (tərtib edib nəsrə çevirəni, müqəddimə və şərhlərin müəllifi: Əliyev S.) Bakı, 1991
Füzuli M. Seçilmiş əsərləri. 2 cilddə. I c. (lirik əsərləri-şərhlərlə. Tərtib edəni: Yusifli X.) Bakı, 2005; II c. (epik əsərləri-şərhlərlə. Tərtib edəni: Xəliloğlu S.), Bakı, 2005
Hikmət İ. Azərbaycan ədəbiyyatı tarixi. 2 cilddə, II c., Bakı, 1928
Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə. a)I c., Bakı, 1978; b)I c., Bakı, 2005 (təkrar nəşr)
Köprülüzadə F. Azəri ədəbiyyatına dair tədqiqlər. Bakı, 1926; 1996
Quluzadə M. Füzulinin lirikası. Bakı, 1965
Quliyeva M. Şərq poetikasının əsas kateqoriyaları. Bakı, 2010
Məhəmməd Füzuli (məqalələr toplusu). Bakı, 1958
Səfərli Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı, 2008
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2024 ASES INTERNATIONAL JOURNAL OF CULTURE, ART AND LITERATURE (ISSN: 3023-5480)

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.