1944-1945-Cİ İLLƏR CƏNUBİ AZƏRBAYCAN POEZİYASI


DOI:
https://doi.org/10.5281/zenodo.14575645Anahtar Kelimeler:
Cənub, poeziya, Böyük Vətən müharibəsi, Şimali Azərbaycan mətbuatıÖzet
Məqalədə Böyük Vətən müharibəsi illərində Cənubi və Şimali Azərbaycan ədəbi əlaqələri təhlilə cəlb olunmuşdur. Bu hərəkata qoşulan vətənpərvər şairlər idi. Onları bir amal, bir məqsəd birləşdirirdi. Əsərlərində azadlıq, istiqlal motivləri üstünlük təşkil edirdi. Ürək sözlərini ana dilində qələmə alan bu şairlər xöşbəxt görünürdü. İlk dəfə cənublu bacı, qardaşlarımızın dili, qələmi azad idi.Bəşəri ideyalar onları ağuşuna almışdı. Əsərlərini Sovet Azərbaycanında nəşr olunan mətbu orqanlara göndərirdilər. Şər qüvvələr üzərində qələbənin poetik tərənnümü onlara yaradıcılıq gücü verirdi. Bu hisslərini cənublu qardaşları ilə bölüşən yazarlar bir növ mənəvi sakitlik tapırdı.
Xalqın ürək çırpıntılarını, arzu və əməllərini tərənnüm edən bu şairlər çox gözəl anlayırdılar ki, vətənsiz yaşanmaz. Tapdanmış torpaqda şəhidlərin, uluların ruhu didərgindir. Yazılan bədii nümunələr də Azəri xalqının ucalan səsi, onların diləkləri və ürək çırpıntılarıdır. Onlar vətənini, onun kədərini duyan, hiss edən insanlardır. Şeirlərin məzmun gözəlliyinə diqqət yetirən hər kəs onu da bilməlidir ki, burada təsvir olunan hər şey həyat həqiqətlərinə əsaslanıb. Xalqı birliyə, sədaqətə, azadlığa çağıran bu şəxslər cəmiyyətin taleyini uzaqgörənliklə dərk edirdilər. Cənubi Azərbaycan xalqının fədakarlığı, çalışqanlığı, daxili və mənəvi zənginliyi, zirəkliyi onlarda azadlıq və istiqlaliyyətə olan inamı artırdı.
Referanslar
“Ədəbiyyat” qəzeti. 1945-ci il, 5 may, №2
Ədəbiyyat” qəzeti. 1946-cı il, 31 may, №15
Ədəbiyyat” qəzeti. 1946-cı il, 9 may, №13
Ədəbiyyat” qəzeti. 1946-cı il, 1 may, №4
İndir
Yayınlanmış
Nasıl Atıf Yapılır
Sayı
Bölüm
Lisans
Telif Hakkı (c) 2024 ASES INTERNATIONAL JOURNAL OF CULTURE, ART AND LITERATURE (ISSN: 3023-5480)

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisanslanmıştır.