MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏRDƏ STRUKTUR-SEMANTİK GENİŞLƏNMƏ


Abstract views: 55 / PDF downloads: 10

Authors

  • ƏDALƏT ABBASOV

DOI:

https://doi.org/10.5281/zenodo.12742281

Keywords:

struktur model, subyekt, obyekt, semantika, semosintaktik deformasiya, sinxron mərhələ, struktur-semantik diapazon, konstruksiya, cüttərkibli cümlə, təktərkibli cümlə

Abstract

Müəyyən şəxsli cümlələrdə subyekt (mübtəda) və subyektsizlik (mübtədasızlıq) variantları mövcuddur:
a) Sən təəssübkeşsən
b) Təəssübkeşsən
İkinci dərəcəli üzvlər vasitəsilə müəyyən şəxsli cümlələrin struktur-semantik tərkibində genişlənmə baş verir. Başqa sözlə, müəyyən şəxsli cümlələrdə həm struktur, həm də semantik diapazon həcm etibarilə genişlənir.
Məsələn: a) Sən həmişə təəssübkeşsən; b) Hamıya qarşı çox təəssübkeşsən.
Bu tip cümlələrin mövcud struktur komponentlərini, yəni faktik quruluşunu nəzərə alaraq, geniş müəyyən şəxsli cümlələr adlandırmaq daha məqsədəuyğun sayılır.
Subyekti xəbərdəki şəxs sonluğuna görə müəyyən edilən geniş müəyyən şəxsli cümlə konstruksiyasına canlı danışdıqda (nitqdə) olduğu kimi yazılı abidələrimizin dilində də kifayət qədər rast gəlmək mümkündür.

Məsələn:
Hərzə-mərzə söyləmə, mərə itim kafir!
Altıma Al ayğırım, nə bəzənməzsən (Dədə Qorqud).
Fikrimizcə, bu cür konstruksiyalı cümlə tiplərini struktur-semantik əhatəsinə görə təktərkibli müəyyən şəxsli geniş cümlə termini ilə şərh etsək daha düzgün olar.
Cüttərkibli cümlə konstruksiyasının təkamülü prosesində semosintaktik dəyişmə nəticəsində mübtəda mövqeyində dayanan söz atılır. Məsələn:
Bəri gəlgil, başım bəxti, evim təxti!
Qurulu yaya bənzər çatma qaşlum! (Dədə Qorqud)
Qeyd etdiyimiz kimi, cüttərkibli cümlə konstruksiyasının bu modeli müxtəsər sadə cümlə dinamikasının ən yüksək təkamül dövrüdür. Belə tipli cümlələr real obyektiv münasibətlərin məzmunundan asılı olaraq ünsiyyətin tələbatını subyektin göstərdiyimiz ifadə tərzi ilə ödəyir.
Müşahidələr göstərir ki, Azərbaycan dilinin hər hansı sinxron mərhələsində həm mürəkkəb cümlə strukturları, həm də həmin strukturlar ardıcıl olaraq semosintaktik deformasiyaya məruz iki proses eyni koordinativ mərhələyə təsadüf edir.
Gər sənincün qılmayam çak, ey buti-nazikbədən,
Görüm olsun, ol qəba əynimdə pürahən kəfən.
Həbibi

Downloads

Published

2024-07-15

How to Cite

ABBASOV, ƏDALƏT. (2024). MÜƏYYƏN ŞƏXSLİ CÜMLƏLƏRDƏ STRUKTUR-SEMANTİK GENİŞLƏNMƏ. ASES INTERNATIONAL JOURNAL OF CULTURE, ART AND LITERATURE (ISSN: 3023-5480), 3(1). https://doi.org/10.5281/zenodo.12742281