UŞAQ ƏDƏBİYYATININ İNKİŞAFI TARİXİNDƏ MİR MEHDİ SEYİDZADƏNİN YARADICILIQ YOLU


Özet Görüntüleme: 72 / PDF İndirme: 29

Yazarlar

  • Aygun Ahmadova

DOI:

https://doi.org/10.5281/zenodo.10492400

Anahtar Kelimeler:

Şiirsel, yaratıcı, bülbül, zor, sorumlu, bilge

Özet

Azərbaycan ədəbiyyatının xüsusən, uşaq ədəbiyyatının inkişafı tarixində yüksək istedad, coşqun ilham sahibi və poetik duyuma malik olan Mir Mehdi Seyidzadə təkcə uşaq əsərləri  ilə kifayətlənməyib, eyni zamanda yaşlılar və böyüklər üçün bir sıra dəyərli əsərlər yazan şair kimi tanınıb sevilmişdir. Müasir Azərbaycan ədəbiyyatında başlıca olaraq uşaq yazıçısı kimi tanınaraq, uşaq ədəbiyyatı tarixinə, 1930-cu illərdən başlayaraq adını və yaradıcılıq yolunu istedadı ilə işıqlandırmışdır. Uşaqlar üçün yazmaq çətin, məsuliyyətli, həm də şərəfli bir iş olduğunu hər zaman vurğulayan şair, yazıçılarımıza uşaq psixologiyasının incəliklərini duymaq, uşaqlara həqiqəti deməyi bacarmaq və onları razı sala bilmək üçün xüsusi istedad lazımdır fikrini dönə-dönə işlədirdi. Mir Mehdi Seyidzadə də bu xüsusiyyət danılmaz yaradıcılıq pirinsipi idi. Müəllifin “Övlad məhəbbəti”, “Qaranquşlar”, “Gülməlidir”, “Yaxşı yoldaş” və s. şeirləri, nağıl-pyesləri və poemaları, onun qüvvətli uşaq yazıçısı olaraq yaradıcılıq xüsusiyyətlərini, bədii imkanlarını  bu ədəbiyyata gətirərək, özünəməxsus yenilikləri bütünlükdə aşkara çıxartmışdır. Şairin vətən, xalq və azadlıq kimi müqəddəs mövzulara müraciətində, təmiz və pak insan eşqini tərənnüm edən şeirlərində, həmçinin uşaqlar üçün yazdığı səmimi mahnılarında coşqun, həm də saf bir romantika duyulurdu. Bu romantikanın kökü həyata, torpağa bağlıdır, buna görə də təsirli və təravətlidir

Referanslar

Əliyev M. Xatırla məni: Mehdi Seyidzadənin 70 illiyi münasibətilə Ədəbiyyat və incəsənət. 12 noyabr 1977, səh. 6.

Qasımzadə Q. Uşaqların qocaman tərbiyəçisi: (Mehdi Seyidzadənin yaradıcılığı haqqında) Ədəbiyyat və incəsənət. 18 mart 1972, səh. 10.

Yusifli V. Ağanı unutmaq olarmı?: Mehdi Seyidzadə haqqında Panorama. 22 yanvar 1998, səh.6.

Məmmədov K. "Unudulmaz xatirələr kimlərdən danışır: Mehdi Seyidzadənin eyni adlı kitabı haqqında Azərbaycan müəllimi. 19 mart 1976, səh. 3.

Yayınlanmış

2023-12-20

Nasıl Atıf Yapılır

Ahmadova , A. (2023). UŞAQ ƏDƏBİYYATININ İNKİŞAFI TARİXİNDƏ MİR MEHDİ SEYİDZADƏNİN YARADICILIQ YOLU. ASES INTERNATIONAL JOURNAL OF CULTURE, ART AND LITERATURE (ISSN: 3023-5480), 2(1), 44–49. https://doi.org/10.5281/zenodo.10492400