M.Ə.SABİR SATİRALARININ İCTİMAİ-SİYASİ QAYƏSİ
Abstract views: 98 / PDF downloads: 34
DOI:
https://doi.org/10.5281/zenodo.10492321Abstract
XIX əsrin sonu XX əsrin əvvəllərində baş vermiş ictimai-siyasi proseslər milli şüurun oyanması və milli dirçəlişin formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərməyə başladı. Mövcud ictimai-siyasi vəziyyət Azərbaycanda ədəbi prosesin inkişafına təsirsiz ötüşməmiş, ədəbi cərəyan və yaradıcılıq metodlarının rəngarəngliyi şəraitində milli ədəbiyyatımız məzmun və forma baxımından yeni keyfiyyətlər qazana bilmişdir. Müxtəlif janrlardan istifadə yolu ilə hadisələrə müdaxilə və onların təsviri ədəbiyyatın mövzu dərəcəsinin genişlənməsində vacib amilə çevrildi. Roman, povest, hekayə və publisistikanın yeni tələblər daxilində inkişafı bu mərhələdə yeni ədəbiyyatın ictimai-siyasi hadisələrə aktiv müdaxilə və münasibətini təmin etməyə başladı. Lakin həyat hadisələrinə fərqli münasibət və realist-siyasi dünyagörüşün formalaşmasına aktiv təsir baxımından epik-lirik istiqamət daha əhəmiyyətli rol oynayırdı. Bu dövrdə poetik formalardakı diferensasiya inqilabi satira və siyasi lirikanın inkişafına mühüm təsir göstərdi. Heç şübhəsiz, inqilabi-satirik şeirimizin banisi Mirzə Ələkbər Sabir bu dövrdə yaşayırdı və baş verən proseslərdən kənarda dayanmırdı. Mirzə Ələkbər Sabirin ədəbiyyata gəlişi ilə ədəbi proses yeni mərhələyə qədəm qoymuş və ədəbiyyat yeni ideya-estetik meyarlar daxilində inkişaf etməyə başlamışdır. Xalq həyatına yaxınlığı, kəskin ictimai mündəricəsi, bədii təsvir və ifadə vasitələrinin orijinallığı ilə seçilən Mirzə Ələkbər Sabir poeziyası sənətin varlığa estetik münasibəti anlamında yeni yaradıcılıq tipinə çevrilə bildi.
References
Məmmədov M. Sabir: Mübahisələr, həqiqətlər. Bakı, 1990
Məmmədov X. “Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər. Bakı, 1987
Mirəhmədov Ə. Sabir. Bakı, 1958
Müasirləri Sabir haqqında. Bakı, 1962
Novruzov T. Sabir ədəbi məktəbi. Bakı, 1992
Hophopnamə. 2 cilddə: I və II cildlər. Bakı, 2004
Zamanov A. Sabir və müasirləri. Bakı, 1973
Downloads
Published
How to Cite
Issue
Section
License
Copyright (c) 2024 ASES INTERNATIONAL JOURNAL OF CULTURE, ART AND LITERATURE (ISSN: 3023-5480)
This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.